“Daha böyük sülh inamı ilə qayıdıram” - Paşinyan

2025/12/1766661592.jpg
Oxunub: 360     10:38     20 Fevral 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtondan Ermənistana daha böyük sülh inamı ilə qayıtdığını bildirib.

Ordu.az xəbər verir ki, Paşinyan bu barədə “Facebook” səhifəsində yazıb.

“Mən Ermənistan üçün darıxdım. Daha böyük sülh inamı ilə qayıdıram”, - deyə Ermənistanın Baş naziri yazıb.

Qeyd edək ki, Nikol Paşinyan fevralın 18-də ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gedərək Sülh Şurasının ilk iclasında iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin