Bu barədə
Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müvafiq canlı qüvvə və texnikanın cəlb edilməsi ilə keçirilən təlimin məqsədi fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və şəxsi heyətin xilasetmə üzrə peşəkarlığının artırılmasıdır.
Əvvəlcə yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Təlimin praktiki hissəsində isə müəssisə ərazisində şərti yanğının söndürülməsi və digər tapşırıqlar üzrə fəaliyyətlər yerinə yetirilib, yanğın təhlükəsizliyinə məsul əməkdaşlara maarifləndirici materiallar təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Ordu.az