Ermənistan Hindistanın “Pralay” ballistik raketləri ilə maraqlanır

2024/09/1727345768.jpg
Oxunub: 773     09:44     20 Fevral 2026    
Ermənistan Hindistanın “Pralay” ballistik raketləri ilə maraqlanır.

Ordu.az xəbər verir ki, bu barədə Hindistanın “Idrw” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Azərbaycan İsrailin “Barak-8” zenit-raket komplekslərindən istifadə edir ki, bu sistemin hazırlanmasında Hindistan da iştirak edib. Bu hava hücumundan müdafiə sistemini dəf etmək üçün İrəvan Hindistanın “yer-yer” tipli “Pralay” raketlərini almaq imkanını nəzərdən keçirir.

Qeyd edilir ki, bu, qısa mənzilli raketdir və onun əsas xüsusiyyəti trayektoriyanın son hissəsində manevr etmək və uçuş istiqamətini dəyişmək qabiliyyətidir. Bu xüsusiyyət “Pralay”ı hətta “Barak-8” və ya S-300 kimi müasir sistemlər üçün tutulması olduqca çətin bir hədəfə çevirir.

Əgər müqavilə imzalansa, Ermənistan “Pralay” sisteminin ilk xarici alıcısı olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan  


Bizi "telegram"da izləyin