Ermənistanın sabiq müdafiə naziri: “Paşinyan və Xaçatryan öz vəzifə öhdəliklərini yerinə yetirmirlər”

2026/02/1771523767.jpg
Oxunub: 405     21:53     19 Fevral 2026    
“Mənə “Ümumerməni Cəbhəsi” hərəkatının tərkibində fəaliyyət göstərən eyniadlı partiyanın və “Xalq Könüllü Dəstəsi”ndən bir qrup soydaşımız aşağıdakı müraciətlə üz tutub”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri, general-mayor Arşak Karapetyan bildirib.

“Xahiş edirik, “Ümumerməni Cəbhəsi” hərəkatının lideri general-mayor A. Karapetyan Milli Qürur Tribunalına müraciət edərək Ermənistanda vəzifə tutan prezident və Baş nazirin konstitusiya ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri, hərəkətsizlik nümayiş etdirdikləri və Ermənistan vətəndaşının ləyaqətini alçaltdıqları məsələsinə baxılmasını tələb etsin”.

Mən bu istiqamətdə çalışıram və bu məsələ ilə bağlı əlavə sual və ya təklifləriniz varsa, xahiş edirəm, mənə yazın”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Karapetyan  


Bizi "telegram"da izləyin