99 000 dollar İrandakı, 76 000 dollar Çindəki attaşeyə: Ermənistan büdcəsinin “alış hesab olunmayan” xərcləri

2026/02/1771523590.jpg
Oxunub: 331     21:50     19 Fevral 2026    
Ermənistan İqtisadiyyat Nazirliyi alış hesab olunmayan xərc proseduru ilə, əvvəlki illərdə olduğu kimi, bu il də Ermənistanın İrandakı ticarət attaşesinin bir illik saxlanma xərcləri üçün vəsait ayırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayeli” nəşri yazıb.

Nəşrə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın əmri ilə 2025-ci ilin aprelində 3 il müddətinə təyin edilmiş attaşe Hayk Nazaryan bu il 38 105 715 dram məbləğində vəsait alıb ki, bu da təxminən 99 610 dollara bərabərdir. Həmin məbləğin təxminən 17 milyon dramı əməkhaqqı kimi hesablanıb (16 829 814 dram).

“Eyni prosedur çərçivəsində Çindəki ticarət attaşesinin xidmətləri üçün 2026-cı ilin yanvar ayından iyulun 20-dək olan dövr üzrə Koryun Qazaryana nazirlik tərəfindən 29 251 757 dram (76 465 dollar) ayrılıb. Bu məbləğin təxminən 13 milyon dramı 7 aylıq əməkhaqqı kimi hesablanıb (12 896 479 dram).

İyul ayında Koryun Qazaryanın üçillik xidmət müddəti başa çatır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran   Çin  


Bizi "telegram"da izləyin