Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Real liderliyin nəyə qadir olduğunu göstərmək imkanı yaratdığınız üçün sizə təşəkkür edirəm.
Biz sizin tərəfdaşlığınıza görə minnətdarıq. Xüsusilə ötən həftə görüşdüyüm Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri haqqında düşünürəm. Bunu mümkün etdiyiniz və real liderliyin nələrə nail ola biləcəyini göstərdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Siz silahları, qətlləri və dağıntıları bir kənara qoyaraq xalqınızın rifahına investisiya etdiniz. Bu isə böyük nailiyyətlərə gətirib çıxara bilər”, - deyə Vens qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az