Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Saat 18:00 radələrində İsakovi prospektində, ABŞ səfirliyinin qarşısında avtomobildə partlayış olub, daha sonra yanğın başlayıb.
Məlumata görə, sakinlərin və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yanğınsöndürənlərin işi başa çatanadək İsakovi prospektində ABŞ səfirliyi yaxınlığından Qələbə körpüsünə doğru hərəkət müvəqqəti olaraq dayandırılıb.
Hazırda patrul xidmətinin əməkdaşları xəsarət alan şəxsin və ya şəxslərin olub-olmadığını, həmçinin avtomobilin sahibinin və sürücüsünün şəxsiyyətini müəyyənləşdirirlər.
Alpər Mövludoğlu
Ordu.az