“Digərlərinin nə ilə məşğul olduğunu bilmirəm, amma müxalifətin bir işi var, o da bir-birinin ayağının altını qazmamaqdır. Əgər bu davam edərsə, yaxşı nəticə gözləmək olmaz”.
Ordu.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan “Hraparak” qəzetinə müsahibəsində seçkiqabağı dövrdən danışarkən səsləndirib.
“Planlarımız barədə açıqlama verəcəyik, nə etməyi planlaşdırdığımızı bildirəcəyik. Əgər kimsə danışıqlar aparmaq istəyirsə, qoy gəlsin, danışıqlar aparaq. Heç yerə getmək niyyətimiz yoxdur”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Sarkisyan
Ermənistan