“Rusiya MDB-nin bəzi ölkələrinin suverenlikdən imtinası səbəbindən ciddi çağırışlarla üzləşir” - Qaluzin

2023/10/1696833968.jpg
Oxunub: 430     17:45     19 Fevral 2026    
“Rusiya MDB-nin bəzi ölkələrinin suverenlikdən imtinası səbəbindən ciddi çağırışlarla üzləşir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Bəzi məlum ölkələrin öz suverenliklərini təhvil verməsi nəticəsində həmin istiqamətlərdən bizə qarşı birbaşa hərbi-siyasi, iqtisadi, psixoloji və digər xarakterli təhdidlər, sanksiyalar, hüquqi və müxtəlif təzyiqlər yaranır”, - deyə diplomat izah edib.

O qeyd edib ki, Moskva bu təhdidlərin qarşısını almaq üçün tədbirlər görür.

Qaluzin həmçinin vurğulayıb ki, Rusiya tərəfi Sovet İttifaqının dağılmasından sonra müstəqil dövlətlərə çevrilmiş keçmiş sovet respublikalarının suverenliyinə hörmət edir və onların xarici siyasəti hazırda milli maraqlarına yönəlib. “Biz qonşu ölkələrə məhz bu baxımdan yanaşırıq”, - deyə o bildirib.

Qaluzin bildirib ki, eyni zamanda, Rusiya MDB ölkələri ilə “yaxınlaşma və ardıcıl yanaşma” xəttinə sadiqdir və onlarla, o cümlədən təhlükəsizlik məsələlərində tərəfdaşlığın zəruriliyini görür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qaluzin  


Bizi "telegram"da izləyin