Ordu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hakim qərarda bildirib: “Təqsirləndirilən Marqaryanın həbs müddəti avqustun 9-dək uzadılsın”.
Təqsirləndirilən şəxs məhkəmə baxışının tarixi barədə lazımi qaydada məlumatlandırılmadığı üçün məhkəmə iclası martın 5-nə qədər təxirə salınıb.
Bundan əvvəl erməni bloger məhkəmədən işinə xüsusi qaydada (bu, təqsirin tam boyuna alınmasını və məhkəmə araşdırmasının qısaldılmasını nəzərdə tutur) baxılmasını xahiş etmişdi. Marqaryan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsi (nasizmin dirçəldilməsi) ilə nəzərdə tutulan cinayətin iki epizodunda ittiham olunur. İttiham tərəfinin versiyasına görə, erməni bloger çıxışlarından birində Sovet İttifaqı Qəhrəmanı Aleksandr Matrosova qarşı təhqiramiz ifadələr işlədib.
Müstəntiqlər Marqaryanı avqustun 23-də Moskva vilayətində saxlayıblar. İstintaqın məlumatına görə, o, 2025-ci il fevralın 25-dən gec olmayaraq məşhur video-platformada İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsini təhqir edən məlumatların yer aldığı video paylaşıb.
Daha əvvəl Marqaryanın peşman olduğu və istintaqla əməkdaşlığa hazır olduğu bildirilirdi.
Alpər Mövludoğlu
Ordu.az