İsmayıllıda I Qarabağ müharibəsinin itkin-şəhidi Fərman Feyzullayev dəfn edilib - YENİLƏNİB

2026/02/df7ds-1771504713.jpg
Oxunub: 466     16:33     19 Fevral 2026    
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Fərman Feyzullayev dəfn edilib.

Ordu.az-ın məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun İstisu kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

İsmayıllı rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Fərman Məhəmməd oğlu Feyzullayevlə vida mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, İsmayıllı rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Fərman Məhəmməd oğlu Feyzullayev 1971-ci il aprelin 20-də İsmayıllının İstisu kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunda (Murovdağ silsiləsi) gedən döyüşlər zamanı itkin düşüb.

F.Feyzullayev doğulduğu kənddə dəfn ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsmayıllı   Şəhid  


Bizi "telegram"da izləyin