Balakəndə I Qarabağ müharibəsinin itkin-şəhidi Cavanşir Həsənov dəfn edilib - YENİLƏNİB

2023/09/16812-1695188094.jpg
Oxunub: 642     16:57     19 Fevral 2026    
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavanşir Həsənov dəfn edilib.

Ordu.az-ın məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Balakənin Şəhidlər xiyabanında dəfn olunub.

***

Balakəndə Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cavanşir Həsənovla vida mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Balakən rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cavanşir İsrafil oğlu Həsənov 1967-ci il aprelin 14-də Balakən rayonun Hənifə kəndində anadan olub. 1992-ci il iyunun 12-də Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

C.Həsənov Balakən rayonu Şəhidlər xiyabanında dəfn ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Balakənd   Şəhid  


Bizi "telegram"da izləyin