Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Alen Simonyan Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkodan üzərində Federasiya Şurasının loqosu olan saat və saat qutusu hədiyyə alıb. Hədiyyənin dəyəri 149,658 dram məbləğində qiymətləndirilib. Matviyenko Simonyana həmçinin “Qış meşəsi” adlı rəsm əsəri də hədiyyə edib. Şəklin dəyəri isə 249,430 dram səviyyəsində müəyyən edilib.
Eyni səfər çərçivəsində Alen Simonyan “Rosatom” korporasiyasının direktoru Aleksey Lixaçovdan da hədiyyə alıb. O, Simonyana “Rosatom” suveniri (matryoşka və reaktor fiquru) təqdim edib. Bu hədiyyə isə 159,635 dram dəyərində qiymətləndirilib.
Alpər Mövludoğlu
Ordu.az