Ordu.az xəbər verir ki, bu barədə Tsarukyanın vəkili Emin Xaçatryan bildirib.
“Axtarış aparılmır, orada mütəxəssislərin iştirakı ilə ərazidə baxış keçirilir”, - deyə o qeyd edib.
Xaçatryan deyib ki, hazırda cənab Tsarukyanla bağlı hər hansı cinayət işi araşdırılmır.
“Onu da qeyd etmək çox vacibdir ki, hazırda cənab Tsarukyanla bağlı hər hansı cinayət işi araşdırılmır. Həmin iş hələ 2020-ci ildə Arinc icmasının keçmiş vəzifəli şəxslərinə qarşı açılıb. Yəni, əslində, cənab Tsarukyanın bu işdə hər hansı prosessual statusu yoxdur. 5-6 ildir davam edən bu iş çərçivəsində sadəcə olaraq müəyyən torpaq sahələrinə baxış keçirmək zərurəti yaranıb. Bu, təkcə cənab Tsarukyana məxsus əraziləri deyil, müxtəlif sahələri, o cümlədən Qaqik Tsarukyana məxsus olan bu konkret torpaq sahəsini əhatə edir. Burada “axtarış” terminindən istifadə etmək ümumiyyətlə yersizdir və hazırda axtarış aparılmır”, - deyə o qeyd edib.
Hüquq-mühafizə orqanlarından konkret olaraq hansı qurumun bu baxışı həyata keçirdiyi sualına erməni vəkil işin Ermənistan İstintaq Komitəsində araşdırıldığı cavabını verib: “İstintaq Komitəsinin Kotayk istintaq idarəsinin müstəntiqinin vəsatəti ilə ekspertlər sadəcə əraziyə baxış keçirirlər. Bu proses səhər iş saatlarında, səhv etmirəmsə, saat 09:30 radələrində başlayıb və hesab edirəm ki, tezliklə başa çatacaq. Mən hazırda ezamiyyətdəyəm, həmkarım Smbat Minasyan oradadır. O, bir az əvvəl mənə məlumat verdi ki, görüləsi çox az iş qalıb. Hazırda o, videoçəkilişlə müşayiət olunan istintaq hərəkətində iştirak edir və zənglərə cavab verə bilmir”.
Alpər Mövludoğlu
Ordu.az