Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri Ali Məktəbinin müəllimi Brenda Şafer Atlantik Şurasında çıxışı zamanı bildirib.
“İyun ayında Ermənistanda seçkilər, eləcə də Ermənistanın Qarabağdan imtinasının tanınacağı konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. Bu məsələlər həll olunana qədər Rusiya bir çox təsir rıçaqlarını saxlayır. Rusiyanın Ermənistanda iki hərbi bazası var. Rusiya Ermənistanın hava məkanına və onun bütün strateji infrastrukturuna, o cümlədən AES-ə nəzarət edir”, - deyə Şafer bildirib.
O qeyd edib ki, bunun qarşısını almaq üçün ABŞ Azərbaycandan Ermənistana elektrik enerjisi və neft məhsullarının ötürülməsinə kömək etmək niyyətindədir.
“Söhbət həm də fiber optik kabellərin çəkilməsindən gedir ki, Ermənistanın Rusiyadan asılılığı azalsın və internet vasitəsilə yayılan rus təsiri zəifləsin”, - deyə Şafer əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az