Lerikdə I Qarabağ müharibəsinin itkin-şəhidi Nail Dənziyev dəfn edilib - YENİLƏNİB

2024/07/1720772368.jpg
Oxunub: 581     14:46     19 Fevral 2026    
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Nail Dənziyev dəfn edilib.

Ordu.az-ın məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Mastail kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Lerikdə Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Nail Dənziyevlə vida mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Lerik rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Nail Fahil oğlu Dənziyev 1974-cü il mayın 29-da Lerikin Mastail kəndində anadan olub. 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

N.Dənziyev doğulduğu kənddə dəfn ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lerik   Şəhid  


Bizi "telegram"da izləyin