Azərbaycan və AIPA parlamentlərarası əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə edib - FOTOLAR

2026/02/1771496822.jpg
Oxunub: 333     14:10     19 Fevral 2026    
Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev ASEAN Parlamentlərarası Assambleyanın (AIPA) Baş katibi Çem Vidhya ilə parlamentlərarası əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə səfirlik "X" sosial şəbəkəsində məlumat yayıb.

Səfirlikdən qeyd edilib ki, görüş AIPA ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinə və qarşılıqlı fəaliyyətin saxlanılmasına olan sadiqliyi təsdiqləyib.

AIPA-nın mətbuat xidməti bildirib ki, ASEAN Parlamentlərarası Assambleya həmişəki kimi müşahidəçi parlamentlərlə məhsuldar qarşılıqlı fəaliyyətə böyük diqqət yetirir.

Assambleyada bildirilib ki, Azərbaycan Milli Məclisi AIPA-da müşahidəçi statusunu rəsmi olaraq 2022-ci ildə Kambocada keçirilən 43-cü Baş Assambleyada əldə edib.

"Tərəflər iqlim dəyişikliyi, süni intellekt, dəniz gəmiçiliyi də daxil olmaqla, qlobal gündəliyin əsas məsələləri ətrafında fikir mübadiləsi aparıb, həmçinin bu sahələrdə əməkdaşlığın gələcək genişləndirilməsi və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin mümkün yollarını nəzərdən keçiriblər", - AIPA-nın məlumatında qeyd olunub.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   AIPA  


Bizi "telegram"da izləyin