"BTQ təkcə siyasi müstəvidə deyil, iqtisadi və elmi müstəvidə fəaliyyətini davam etdirir" - Abbas Abbasov

2025/03/Ekran-1743238806.jpg
Oxunub: 324     13:32     19 Fevral 2026    
Ölkələr arasında sıx və sağlam əməkdaşlıq qurmaq üçün Virtual Muzey kimi rəqəmsal platformalar çox mühüm bir rol oynayır.

Ordu.az xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bu gün Bakıda keçirilən “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Bu zaman təhqiqatçılar, elm xadimləri, ekspertlər bu kimi elmi platformalardan kifayət qədər çox istifadə edirlər möhtəbər mənbə olaraq və burada əməkdaşlıqlar yaranır. Bizim virtual platformamız həm elm xadimləri üçün, həm BMT ekspertləri üçün, həm də digər maraqlı tərəflər üçün rəqamsal məlumat bazası xarakteri daşıyacaq öz növbəsində dekolonializasiya prosesinə də elmi müstəvidə töhfəsini verəcək”.

Abbas Abbasov əlavə edib ki, BTQ təkcə siyasi müstəvidə deyil, iqtisadi və elmi müstəvidə fəaliyyətini davam etdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abbas-Abbasov   BTQ  


Bizi "telegram"da izləyin