Ucarda I Qarabağ müharibəsinin itkin-şəhidi Azad Cəlilov dəfn edilib - YENİLƏNİB

2026/02/fg45f-1771495676.jpg
Oxunub: 652     14:24     19 Fevral 2026    
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Azad Cəlilov dəfn edilib.

Ordu.az-ın məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Alpout kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Ucar rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Azad Sabir oğlu Cəlilovla vida mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Ucar rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azad Sabir oğlu Cəlilov 1975-ci il fevralın 14-də Ucarın Alpout kəndində anadan olub. 1994-cü il fevralın 6-da Kəlbəcər rayonunun Bağırlı kəndi (Murovdağ silsiləsi) istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

A.Cəlilov doğulduğu kənddə dəfn ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ucar   Şəhid  


Bizi "telegram"da izləyin