Sabirabadda I Qarabağ müharibəsinin itkin-şəhidi Rəsul Ağayev dəfn edilib - YENİLƏNİB

2026/02/fg45d-1771495565.jpg
Oxunub: 547     14:03     19 Fevral 2026    
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Rəsul Ağayev dəfn edilib.

Ordu.az-ın məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Nərimankənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Sabirabad rayonunun Nərimankənd kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 ildən sonra tapılan şəhid Rəsul Babaxan oğlu Ağayevlə vida mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Ağayev 1968-ci il avqustun 25-də Sabirabadın Nərimankənd kəndində anadan olub. 1993-cü il iyulun 12-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.

R.Ağayev doğulduğu kənddə dəfn ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sabirabad   Şəhid  


Bizi "telegram"da izləyin