Cəlilabadda I Qarabağ müharibəsinin itkin-şəhidi Mahir Quliyev dəfn edilib - YENİLƏNİB

2026/02/gf78f-1771495370.jpg
Oxunub: 614     14:12     19 Fevral 2026    
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mahir Quliyev dəfn edilib.

Ordu.az-ın məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Cəlilabad şəhər qəbiristanlığında torpağa tapşırılıb.

***

Cəlilabad şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mahir Abuzər oğlu Quliyevlə vida mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Cəlilabad rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mahir Abuzər oğlu Quliyev 1958-ci il oktyabrın 31-də Cəlilabad şəhərində anadan olub. 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

M.Quliyev Cəlilabad şəhər qəbiristanlığında dəfn ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cəlilabad   Şəhid  


Bizi "telegram"da izləyin