Mingəçevirdə I Qarabağ müharibəsinin itkin-şəhidi Şahin Kərimov dəfn edilib - YENİLƏNİB

2026/02/df78s-1771492907.jpg
Oxunub: 858     14:48     19 Fevral 2026    
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Şahin Kərimov dəfn edilib.

Ordu.az-ın məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Mingəçevirin Şəhidlər xiyabanında dəfn edilib.

***

Mingəçevir şəhərində şəhid Şahin Kərimovla vida mərasimi təşkil olunub.

Ordu.az-ın verdiyi məlumata əsasən, uzun illər itkin kimi qeydiyyatda olan Kərimov Şahin Heydər oğlunun nəşinin qalıqları müəyyən edilərək ailəsinə təhvil verilib.

Onunla vida mərasimi Mingəçevir şəhərində, ata evində keçirilib.

Mərasimdə şəhər ictimaiyyətinin nümayəndələri, idarə rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin yaxınları iştirak ediblər.

Şahin Kərimov Mingəçevir şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək Vətənin müdafiəsi naminə xidmət göstərib. Şahin Kərimov 4 aprel 1993-cü ildə şiddətli döyüşlər zamanı itkin düşmüşdü.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mingəçevir   Şəhid  


Bizi "telegram"da izləyin