İlk köç karvanı Xanabad kəndinə çatıb, açarlar təqdim edilib -YENİLƏNİB

2026/02/7878s-1771491211.jpg
Oxunub: 879     13:45     19 Fevral 2026    
İlk köç karvanı Xocalının Xanabad kəndinə çatıb, mənzillərin açarları təqdim olunub.

Ordu.az xəbər verir ki, ilk mərhələdə Xanabad kəndinə 38 ailənin (154 nəfər) qayıdışı təmin edilib.

***

Bu gün Xanabad kəndinə yola salınan ilk köç karvanı Xocalı şəhərinə çatıb.

Ordu.az xəbər verir ki, ilk mərhələdə Xanabad kəndinə 38 ailə (154 nəfər) köçürülür.

Ailələri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

***

Xocalı rayonunun Xanabad kəndinə ilk köç karvanı yola salınıb.

Ordu.az xəbər verir ki, ilk mərhələdə Xanabad kəndinə 38 ailənin (154 nəfər) qayıdışı təmin edilib.

Kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xanabad   Köç  


Bizi "telegram"da izləyin