Orian Sinkon-Trolyu: "Fransa kanakların azadlıq mübarizəsini terrorizm kimi təqdim edir"

2026/02/fd78g-1771491115.jpg
Oxunub: 343     12:26     19 Fevral 2026    
Fransa kanakların azadlıq mübarizəsini təhrif edərək terrorizm kimi təqdim edir.

Ordu.az xəbər verir ki, bunu FLNKS-in siyasi bürosunun üzvü və Mouvement Océanien Indépendantiste (Yeni Kaledoniya) Məşvərət Şurasının üzvü Orian Sinkon-Trolyu Bakıda keçirilən "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, "Yeni Kaledoniya" adının özü müstəmləkəçilik xarakteri daşıyır, çünki bu ad əraziyə Qərb tarixi nöqteyi-nəzərindən onu "kəşf etmiş" avropalı dənizçi tərəfindən verilib.

"Müstəmləkəçilik strategiyaları bu torpaqları "sahibsiz ərazi" kimi təqdim edərək mənimsəyir və bununla da onların zəbt edilməsinə bəraət qazandırırdı", – Sinkon-Trolyu qeyd edib.

O əlavə edib ki, kanakların müstəqillik hərəkatı təkcə təbii sərvətlər uğrunda mübarizə deyil, həm də yerli əhalinin onilliklər boyu üzləşdiyi əziyyətlərə, sosial təcridə və sistemli bərabərsizliyə qarşı etirazıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Neokolonializm   Konfrans  


Bizi "telegram"da izləyin