Paşinyanın arvadının paylaşımına yazılan şərhlərlə bağlı polisdə yoxlama tədbirləri həyata keçirilir

2025/05/1747384753.jpg
Oxunub: 401     12:05     19 Fevral 2026    
Ermənistan Daxili İşlər Nazirliyinin polis idarəsində Baş nazir Nikol Paşinyanın arvadı Anna Hakopyanın adı ilə iş adamlarına mümkün təzyiqlər və “88” supermarketlər şəbəkəsi ilə bağlı yazılan şərhlər üzrə yoxlama tədbirləri davam etdirilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Ermənistan KİV-ləri qeyd edir ki, 2025-ci il dekabrın 3-də Anna Hakopyan Ermənistan Baş prokuroru Anna Vardapetyana müraciət edərək, onun adı ilə iş adamlarına göstərilən mümkün təzyiqlərin və “Facebook” paylaşımındakı şərhlərdə “88” supermarketlər şəbəkəsi ilə bağlı qeyd olunan halların araşdırılmasını, cinayət tərkibi aşkarlandığı təqdirdə icraatın başladılmasını xahiş etmişdi. Həmin gün daxil olan müraciət qanunla müəyyən edilmiş qaydada icraata götürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakobyan  


Bizi "telegram"da izləyin