Göyçayda I Qarabağ müharibəsinin itkin-şəhidi Vüqar Babayev dəfn edilib - YENİLƏNİB

2023/09/16812-1695188094.jpg
Oxunub: 912     12:59     19 Fevral 2026    
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vüqar Babayev dəfn olunub.

Ordu.az-ın məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Göyçayın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Göyçay rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vüqar Səlim oğlu Babayevlə vida mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Göyçay rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Vüqar Səlim oğlu Babayev 1972-ci il aprelin 16-da Göyçayın Qarabaqqal kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

V.Babayev doğulduğu kənddə dəfn ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Göyçay   Şəhid  


Bizi "telegram"da izləyin