Ermənistan və Polşa hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayacaqlar

2025/10/1761476356.jpg
Oxunub: 646     11:46     19 Fevral 2026    
Ermənistan Müdafiə Nazirliyi Polşanın Milli Müdafiə Nazirliyi ilə hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayacaq.

Ordu.az xəbər verir ki, bununla bağlı müvafiq qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul edilib.

Qərarın əsaslandırılmasında deyilir: “Sazişin imzalanması qarşılıqlı fəaliyyət gündəliyini tamamlayacaq, hər iki ölkənin müdafiə qurumları arasında sıx əməkdaşlıq üçün zəmin yaradacaq və ikitərəfli əməkdaşlıq gündəliyinin irəlilədilməsinə xidmət edəcək”.

Sazişin məqsədi həmçinin tərəflər arasında hərbi-texniki sahədə əməkdaşlığın əsas prinsiplərini və prosedurlarını müəyyən etməkdir. Sənədə əsasən, tərəflər bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsipləri əsasında əməkdaşlıq edəcəklər.

Qeyd olunur ki, Ermənistan və Polşa arasında müdafiə sahəsində əməkdaşlığın hüquqi əsasını 2004-cü il sentyabrın 6-da Varşavada imzalanmış “Müdafiə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş” təşkil edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Polşa  


Bizi "telegram"da izləyin