Ermənistan AES üçün ehtiyat böhran mərkəzi tikiləcək

2025/12/1764603904.jpg
Oxunub: 458     11:38     19 Fevral 2026    
Ermənistan hökuməti bugünkü iclasında “Ermənistan Atom Elektrik Stansiyası” (EAES) QSC-nin nizamnamə kapitalına əmlakın daxil edilməsi barədə qərar qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bu qərar Ermənistan AES tərəfindən Ehtiyat Böhran Mərkəzinin tikintisi və təchizatı prosesinin təmin edilməsi zərurəti ilə bağlıdır. Ehtiyat Böhran Mərkəzinin inşası AES-in təhlükəsizlik üzrə əsas qaydalarının tələblərindən irəli gəlir.

Ehtiyat Böhran Mərkəzinin tikintisi və təchizatı məqsədilə İsakov prospekti 50/12 ünvanında yerləşən, ümumi sahəsi 2,2812 hektar olan sənaye təyinatlı ərazinin ölçülməsi və demarkasiyası işləri aparılıb.

Nəticədə 0,1717 hektar sahə ayrılaraq ona yeni ünvan verilib. Sözügedən ünvandakı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən, əmlak Ermənistana məxsusdur. Bu isə EAES QSC-nin əmlakla bağlı bir sıra əməliyyatları həyata keçirməsinə mane olurdu.

Qərarın məqsədi əmlakı 100 faiz dövlət payı olan şirkətin nizamnamə kapitalına yatırmaqdır. Bu, EAES QSC-yə əmlakla bağlı bir sıra əməliyyatları, məsələn, kommunikasiyaların çəkilməsi üzrə müqavilələrin bağlanması, əmlak vergisinin ödənilməsi və digər bu kimi işləri yerinə yetirməyə imkan verəcək.

Bu qərarla Ehtiyat Böhran Mərkəzinin tikintisinin başa çatdırılması və əmlakın 98.023.000 Ermənistan dramı məbləğində qiymətləndirilmiş bazar dəyəri ilə “Ermənistan Atom Elektrik Stansiyası” qapalı səhmdar cəmiyyətinin nizamnamə kapitalına yatırılaraq şirkətin kapitalının artırılması gözlənilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AES  


Bizi "telegram"da izləyin