Boçorişvili: “Bəzi siyasətçilər Gürcüstanın strateji funksiyasını kiçiltməyə çalışırlar”

2026/02/1771483951.jpg
Oxunub: 350     10:51     19 Fevral 2026    
“Hazırda Azərbaycan və Ermənistan arasında yeni yolların inşası aktiv şəkildə müzakirə olunur. Biz əminliklə deyə bilərik ki, bu, region üçün yaxşıdır”.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Imedi” telekanalına verdiyi müsahibədə bildirib.

“Bəzi siyasətçilər Ermənistan və Azərbaycan arasındakı münasibətlərdən istifadə edərək Gürcüstanın strateji funksiyasını kiçiltməyə çalışırlar, lakin Gürcüstanın bu funksiyasını heç bir yol əvəz edə bilməz”, - deyə o qeyd edib.

Boçorişvili bildirib ki, yeni yollar regionun kommunikasiya baxımından əhəmiyyətini yalnız daha da artıracaq.

Alpər Mövludoğlua
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boçorişvili   Gürcüstan  


Bizi "telegram"da izləyin