Ermənistan yüksək texnologiyalar sənayesi nazirinin müavini Yunanıstanda rəqəmsallaşma və yüksək texnologiyalar sahəsində memorandum imzalayıb

2026/02/1771483441.jpg
Oxunub: 346     10:42     19 Fevral 2026    
Ermənistan prezidentinin Yunanıstana dövlət səfəri çərçivəsində Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin birinci müavini Gevorq Mantaşyan bir sıra rəsmi görüşlərdə iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində fevralın 18-də Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə Yunanıstanın Rəqəmsal İdarəetmə Nazirliyi arasında rəqəmsallaşma, yüksək texnologiyalar və elmi-tədqiqat sahələrində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Qeyd edilib ki, memorandumu Gevorq Mantaşyan və Yunanıstanın rəqəmsal idarəetmə nazirinin müavini Xristos Dermentsopulos imzalayıblar.

“Sənəd birgə tədqiqat layihələrinin həyata keçirilməsini, dövlət-özəl tərəfdaşlığının təşviqini, habelə rəqəmsal transformasiya istiqamətində birgə təşəbbüslərin inkişaf etdirilməsini nəzərdə tutur.

Memorandum həmçinin 5-ci nəsil texnologiyalar (5G), süni zəka, bulud texnologiyaları, rəqəmsal idarəetmə, biotexnologiyalar, superkompüter həlləri və bir sıra digər sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün imkan yaradır. Bu da hər iki ölkənin texnoloji ekosistemlərinin inkişafına və innovasiya potensialının genişlənməsinə töhfə verəcək.

Bu memorandum ikitərəfli danışıqlar nəticəsində prioritetlərin müəyyən edilməsinin məntiqi nəticəsidir və yüksək texnologiyalar ilə rəqəmsal gündəliyin irəlilədilməsi istiqamətində növbəti mühüm addımdır.

Səfər çərçivəsində həmçinin Yunanıstan hökumətinin nümayəndələri ilə yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır. Görüşlərdə yüksək texnologiyalar, innovasiya, rəqəmsallaşma, kiber təhlükəsizlik və elmi-texniki tədqiqatlar sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yunanıstan  


Bizi "telegram"da izləyin