Erməni ekspert: “Yaxın günlərdə ABŞ-nin İrana zərbə endirmə ehtimalı həddindən artıq yüksəkdir”

2026/02/1771483267.jpg
Oxunub: 403     10:40     19 Fevral 2026    
“Yaxın günlərdə ABŞ-nin İrana zərbə endirmə ehtimalı həddindən artıq yüksəkdir, danışıqlar deyəsən nəticə vermir”.

Ordu.az xəbər verir ki, bu barədə beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan yazıb.

Onun sözlərinə görə, İran ətrafındakı ABŞ hərbi mövcudluğu tarixi ən yüksək nöqtələrdən birinə çatıb.

Sarkisyan qeyd edib ki, nəzəri olaraq, ABŞ ordusu artıq sabah hərbi əməliyyatlara başlaya bilər.

“Hərbi mövcudluğun strukturuna əsasən deyə bilərik ki, Pentaqon (ən azı bu məqamda) hər hansı quru əməliyyatını nəzərdən keçirmir və əməliyyat raket zərbələri xarakteri daşıyacaq.

Mənim üçün hələ də bir sual açıq qalır: ABŞ yalnız hərbi və iqtisadi infrastruktura zərbə endirəcək, yoxsa məqsəd İranın siyasi rəhbərliyini devirməkdir? Burada, əlbəttə ki, ABŞ-nin aktiv aksiyalar zamanı İrana zərbə endirmək fürsətini niyə əldən verdiyi sualı yaranır. Çox guman ki, hesablama ondan ibarət idi ki, bundan sonra İran hakimiyyəti həm daxili, həm də xarici dəstəyin azalması ilə daha da zəifləmiş olacaq.

Bir fakt var: əgər müharibə başlasa, bu, tarixdə bu miqyasda ilk birbaşa ABŞ-İran qarşıdurması və ya başqa sözlə, genişmiqyaslı müharibə olacaq və bunun ehtimalı tarixi maksimumdadır.

Danışıqlara gəlincə, onlar deyəsən alınmır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   ABŞ   İran  


Bizi "telegram"da izləyin