Ordu.az xəbər verir ki, bunu TASS-a Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya dəmir yolu konsessiyasının həm Moskva, həm də İrəvanla dost olan başqa bir dövlətə satılması təklifini şərh edərkən deyib.
“Beləliklə, diplomatik dildə desək, bu cür yanlış düşünülmüş qərarlar sıravi Ermənistan vətəndaşlarının bədəlini ödəməli olacağı təhlükəli sınaqlara gətirib çıxarmayacaqmı? Demək olar ki, iyirmi il ərzində qurulmuş sistem sadəcə bir gecədə çökə bilər.
Təbii ki, heç bir “dost ölkə” buna görə məsuliyyət daşımayacaq. Ümid edirəm ki, Ermənistan rəhbərliyi mühüm qərarlar qəbul edərkən müstəsna olaraq öz vətəndaşlarının maraqlarından çıxış edəcək”, - deyə Şoyqu qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az