"Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində fevralın 18-də istehsalat qəzası baş verib.
Bu barədə
Ordu.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərsilah
Şirvan