Erməni sakin etiraf edir: “1989-cu ildə biz bura gələndə hələ də azərbaycanlılar var idi”

2026/02/1771481896.jpg
Oxunub: 687     13:01     19 Fevral 2026    
“Oragir.News”ə müsahibəsində Qaraçanta kənd sakinlərindən biri olan A.S. (öz xahişi ilə tam adı və soyadı açıqlanmır. Onun sözlərinə görə, kənddə mövzunun müzakirəsi qadağan edilib) bildirib ki, azərbaycanlılarla şəxsən qarşılaşmayıb, lakin onların varlığından videolar vasitəsilə xəbər tutub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Onlar həmişə gəlib-gediblər, bu, ilk hal deyil. Kəndimizin erməni qəbiristanlığından bir az yuxarıda onların qorunan qəbiristanlığı yerləşir. Nə vaxt və necə gəldiklərini bilmirik. Videolarda görmüşük ki, evlərimizin yanından keçirlər, həmçinin Gümrünün küçələrində də görünürlər. Əgər Amasiyaya qədər gəlib çıxıblarsa, təəccüblü deyil ki, bizim kənddən də keçiblər. Kəndimiz əvvəllər tamamilə azərbaycanlıların yaşadığı yer olub və üç azərbaycanlı adı olub: Əzizbəyov, Ağbaba, Qaraçanta. 1989-cu ildə biz bura gələndə hələ də azərbaycanlılar var idi, hamısı tam köçməmişdi”, - deyə Qaraçanta sakini olan qadın bildirib.

Onun sözlərinə görə, videolar kənddə panika yaratmayıb, lakin sakinlər ayıq-sayıq davranırlar.

Ermənistan KİV-ləri yazır ki, internetdə “Azərbaycanlılar Amasiyada erməni patrulları ilə söhbət edir” başlıqlı video yayılıb. Videoda ehtimal olunan azərbaycanlı Amasiyanın həmin hissəsində xidmət aparan erməni patrulları ilə rus dilində danışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaraçanta   Amasiya  


Bizi "telegram"da izləyin