Erməni siyasi xadim: “Böyük güzəştlər bahasına Paşinyan cəmi tikanlı məftillərlə əhatələnmiş bir dəhliz dəhliz əldə edib”

2026/02/1771481554.jpg
Oxunub: 379     12:39     19 Fevral 2026    
“Azərbaycan Prezidenti İlham Əliyev İlham Əliyev Münhendə Ermənistanla sülh müqaviləsinin imzalanması mövzusuna toxunaraq yenidən tələb edib ki, Ermənistan konstitusiyasından müstəqillik bəyannaməsinə istinad çıxarılsın ki, Nikol Paşinyanla sənəd imzalasın”.

Ordu.az xəbər verir ki, bunu “Ana Ermənistan” partiyasının idarə heyətinin üzvü Derenik Malxasyan “Faceook” səhifəsində yazıb.

“Yəni Ermənistanda konstitusiya dəyişiklikləri təşəbbüsünün İlham Əliyevə məxsus olması barədə iddia bir daha onun özü tərəfindən təsdiqlənir.

O bildirir ki, bu məsələdə Ermənistan və Azərbaycan rəhbərliyi arasında nə edilməli olduğu və hansı ardıcıllıqla həyata keçirilməli olduğu barədə böyük qarşılıqlı anlaşma var. İlham Əliyev eyham vurur ki, “Vətəndaş Müqaviləsi” təmsilçilərinə hansı “yol xəritəsi” ilə hərəkət etməli olduqları barədə göstəriş verib. Təsadüfi deyil ki, Nikol Paşinyan “4-cü respublika”dan danışır, məhz bu, ona “3-cü respublikanı” söküb “4-cü respublika” adı altında “türk Ermənistanı” qurmağa imkan verəcək.

İlham Əliyev başa salır ki, onun üçün dəhliz mənası daşıyan TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi daha önəmlidir, “Sülh kəsişməsi”ni isə Paşinyan bir ayağı o dünyada olan Baydenin geri dönüşündən sonra inşa edə bilər. Yəni heç vaxt. Azərbaycanın iştirakı və kommunikasiyaların tam açılması olmadan Paşinyan nəinki nəqliyyat qovşağı, bir balaca köşk belə inşa edə bilməyəcək. İlham Əliyev mahiyyət etibarilə bildirir ki, TRIPP-lə kifayətlənməyi tövsiyə edir. Halbuki bu layihənin Ermənistan üçün faydalılıq əmsalı, yumşaq desək, olduqca anlaşılmazdır”, - deyə o qeyd edib.

Malxasyanın qiymətəndirməsinə görə, belə çıxır ki, böyük güzəştlər və itkilər bahasına Paşinyan cəmi tikanlı məftillərlə əhatələnmiş bir dəhliz, özü də ABŞ nəzarəti altında dəhliz əldə edib.

“Vətəndaş Müqaviləsi”nin lehinə səs vermək niyyətində olanlar bir daha xatırlamalıdırlar ki, onlar Ermənistanın 3-cü respublikasının sökülməsinə və “türk Ermənistanı”na çevrilməsinə səs verəcəklər”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Malxasyan  


Bizi "telegram"da izləyin