Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edilib

2026/02/dvlt_-1771438112.jpg
Oxunub: 418     21:39     18 Fevral 2026    
Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntüləri sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Azərbaycandan deportasiya edilib.

Bu barədə Ordu.az-a Dövlət Miqrasiya Xidmətindən bildirilib

Xatırladaq ki, hadisə ötən ilin avqust ayında baş verib. Sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.

Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunublar. Onlar Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrum ediliblər.

Sonradan həmin şəxslərin cəzası 2 ildən 6 aya endirilib.

Onlara təyin edilən 6 ay cəzanın müddəti bu gün bitib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhidlər-xiyabanı   Deportasiya  


Bizi "telegram"da izləyin