Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Saat 08:50 radələrində İrəvan-Aştarak avtomobil yolunun Proşyan kəndi ərazisində, “Kovkas” kompleksinin qarşısında 27 yaşlı Qriqor D.-nin idarə etdiyi BMW markalı avtomobil ilə 35 yaşlı Ruben T.-nin idarə etdiyi “Hyundai Elantra” markalı avtomobil toqquşub.
Məlumata görə, qəza nəticəsində 2 nəfər bədən xəsarətləri ilə “Armenia” tibb mərkəzinə yerləşdirilib.
Ermənistan KİV-ləri bildirir ki, toqquşma nəticəsində hər iki avtomobil yolun hərəkət hissəsindən çıxıb, BMW isə beton elektrik dirəyinə çırpılıb.
Məlumata görə, BMW-nin sürücüsü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edir və onun avtomobil idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmayıb.
Alpər Mövludoğlu
Ordu.az