“Amerika Birləşmiş Ştatları ilə imzalanmış xartiya Cənubi Qafqazda Azərbaycanın mövqelərinin və sabitliyinin möhkəmlənməsində daha bir mühüm faktor olacaq ki, bu da siyasi cəhətdən regionun bütün ölkələrinə, o cümlədən Rusiyaya birbaşa fayda verəcək”.
Ordu.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev RTVI-yə verdiyi müsahibəsində bildirib.
“İqtisadi aspektlər baxımından, Rusiya Zəngəzur dəhlizinin açılmasından və TRIPP multimodal nəqliyyat layihəsinin icrasından da fayda görəcək. Bu layihənin reallaşması Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini gücləndirəcək, belə ki, Naxçıvan Muxtar Respublikası vasitəsilə Rusiya üçün Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi yaradaraq Aralıq dənizi limanlarına, həmçinin İranla əlaqə yaradaraq Fars körfəzi və Hind okeanı limanlarına çıxışı təmin edəcək”, - deyə Rəhman Mustafayev qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Rusiya