Yunanıstan və Ermənistan prezidentlərinin rəhbərliyi ilə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib

2026/02/1771434839.jpg
Oxunub: 408     21:12     18 Fevral 2026    
Yunanıstan prezidentinin iqamətgahında dövlət səfəri ilə Afinada olan Ermənistan prezidenti Vahaqn Xaçaturyan və Yunanıstan prezidenti Konstantinos Tasulasın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüşün əvvəlində Tasulas vurğulayıb ki, Ermənistan və Yunanıstan arasında formalaşmış münasibətlər siyasi müstəvidə maneəsiz və dinamik şəkildə inkişaf edir.

Onun qiymətləndirməsinə görə, mövcud yüksək səviyyəli siyasi dialoq iqtisadi, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə yeni təkan verməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Ermənistan  


Bizi "telegram"da izləyin