“Gürcüstanda 5000-dən çox Ermənistan vətəndaşının yaşayış icazəsi var” - Kobaxidze

2025/02/1739203944.jpg
Oxunub: 436     21:09     18 Fevral 2026    
“Gürcüstanda 107 mindən çox əcnəbinin yaşayış icazəsi var”.

Ordu.az xəbər verir ki, bu barədə “Gruziya Online” nəşrinə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Baş nazir yaşayış icazələrinin verilməsi statistikasını müzakirə edərək qeyd edib ki, Gürcüstanda əcnəbi kimi yaşayan Rusiya vətəndaşlarının 30%-i əslində gürcülərdir.

Siyahıda ikinci yerdə Hindistan qərarlaşıb, 23 min 930 nəfərə yaşayış icazəsi verilib ki, onların da böyük əksəriyyəti Gürcüstanda təhsil alan tələbələrdir.

“Ermənistanın payı 4,8%-dir, bu isə 5000-dən çox insan deməkdir. Bizim ehtimallarımıza görə, bunlar Gürcüstanı tərk edib Ermənistan vətəndaşlığı alan, daha sonra isə geri qayıdan şəxslərdir”, - deyə Kobaxidze bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Ermənistan  


Bizi "telegram"da izləyin