Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Uruqvaydakı səfirliyi məlumat yayıb.
“Rəsmi mərasimdən sonra fəxri konsul Vilder Ananikyan tərəfindən qəbul təşkil edilib. Tədbirdə Uruqvayın keçmiş prezidenti Luis Alberto Lakaje Errera, Punta-del-Este şəhərinin meri Xavyer Karbajal, Latın Amerikası İnteqrasiya Assosiasiyasının baş katibi Serxio Abreu, Ermənistanın Boliviyadakı fəxri konsulu Marselo Ortuste Qonsales, parlamentarilər, bir sıra ölkələrin fəxri konsulları, ictimai xadimlər və erməni icmasının nümayəndələri iştirak ediblər.
Səfir Mariam Gevorqyan öz çıxışında Ermənistanın fəxri konsulluğunun Uruqvayın ən inkişaf etmiş turizm mərkəzlərindən birində açılmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu qurum iki ölkə arasında mühüm körpü rolunu oynayacaq, həmçinin ticarət-iqtisadi, mədəni, təhsil və turizm sahələrində əməkdaşlığın genişlənməsinə təkan verəcək.
Mərasimdə Punta-del-Este meri Xavyer Karbajal və fəxri konsul Vilder Ananikyan da çıxış ediblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az