Ordu.az xəbər verir ki, bu barədə Ermənistan polisinin yaydığı məlumatda qeyd olunur.
“Fevralın 18-də saat 15:00 radələrində DİN-in “112” operativ idarəetmə mərkəzinə paytaxtın Acapnyak inzibati rayonunun həyətlərindən birində mübahisə yarandığı və atəş səslərinin eşidildiyi barədə məlumat daxil olub. Hadisə yerinə DİN-in polis və İstintaq Komitəsinin əməkdaşları yollanıblar.
Məlum olub ki, bıçaq xəsarəti və odlu silah yarası alan şəxslər tibb mərkəzlərinə yerləşdirilib. Onlardan biri, 45 yaşlı A.V. xəstəxanada ölüb. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə iştirak edən bütün şəxslərin dairəsi müəyyən edilib, onların tapılması istiqamətində tədbirlər görülür. Hazırlanmış sənədlər istintaq orqanına göndərilir”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az