Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Armat Media” nəşri yazıb.
Ali məktəb rektorlarından biri “Armat Media”ya Elm Komitəsinin sədri Sarkis Hayotsyanın erməni tələbələrə Türkiyənin təqaüd proqramında iştirak etməyi təklif edən sirkulyarını təqdim edib.
“Xarici İşlər Nazirliyi kanalları vasitəsilə Elm Komitəsinə daxil olan bu sirkulyar ölkəmizin təhsil sahəsində ilk dəfədir tətbiq olunur. Bununla da, erməni tələbələr fevralın 20-nə qədər Türkiyənin təqaüd proqramı çərçivəsində təşkil olunan “Peşə təhsili, bakalavr, magistratura və doktorantura təqaüd proqramı”nda iştirak edə bilərlər. Türkiyə tərəfi proqramın detallarını təqdim etmək üçün zərurət yarandığı təqdirdə potensial namizədlərlə onlayn görüş keçirməyə hazır olduğunu bildirib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az