İrəvandakı atışmada yaralananlardan 6-sı hazırda reanimasiyadadır, əməliyyat olunanlar da var

2026/02/1771421544.jpg
Oxunub: 402     19:38     18 Fevral 2026    
İrəvandakı atışma nəticəsində yaralananlardan 6-sı hazırda reanimasiya şöbəsindədir, əməliyyat olunanlar da var.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, yaralıların əməliyyatı artıq başa çatıb, üç nəfər əməliyyat olunub.

Xatırladaq ki, bu gün İrəvanın Acapnyak rayonunun Abelyan küçəsindəki 7 və 9 saylı binaların arasında döyüş filmlərini xatırladan atışma baş verib, yaralılar var. İnternetdə bir qrup şəxsin bir-birinə atəş açdığını əks etdirən video yayılıb. Bununla bağlı Ermənistan Daxili İşlər Nazirliyi bildirib: “DİN polis əməkdaşları hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Əlavə məlumat veriləcək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Atışma  


Bizi "telegram"da izləyin