Ermənistan Baş Prokurorluğu Sarkisyanın ölkədən çıxış qadağasının ləğvi barədə qərardan apellyasiya şikayəti verəcək

2026/02/l-fRr-1771422273.jpg
Oxunub: 442     17:42     18 Fevral 2026    
Ermənistan Baş Prokurorluğu ölkənin üçüncü prezidenti Serj Sarkisyanın ölkədən çıxış qadağasının ləğv edilməsi barədə Antikorrupsiya Məhkəməsinin çıxardığı qərara qarşı apellyasiya şikayəti verəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, məhkəmə aktı rəsmi şəkildə daxil olduqdan sonra prokurorluq tərəfindən apellyasiya şikayəti təqdim olunacaq.

Daha əvvəl məlum olmuşdu ki, Ermənistan Antikorrupsiya Məhkəməsi üçüncü prezident Serj Sarkisyana qarşı başlanmış cinayət işi çərçivəsində onun barəsində tətbiq edilmiş qətimkan tədbirini, yəni ölkəni tərk etməmə haqqında qadağanı ləğv edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan  


Bizi "telegram"da izləyin