Serj Sarkisyana qarşı tətbiq edilmiş ölkədən çıxış qadağası ləğv olunub

2025/11/1763017007.jpg
Oxunub: 437     16:12     18 Fevral 2026    
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan barəsində başlanmış yeni cinayət icraatı çərçivəsində tətbiq edilən qətimkan tədbiri, ölkədən çıxış qadağası ləğv edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Antikorrupsiya Məhkəməsi məlumat yayıb.

Xatırladaq ki, sözügedən epizod 2019-cu ildə ölmüş iş adamı Mixail Bağdasarovun verdiyi ifadə əsasında açılan işlə bağlıdır. Həmin cinayət işi çərçivəsində Serj Sarkisyanın ölkədən çıxışına məhdudiyyət qoyulmuşdu.

Ermənistan prokurorluğu bildirmişdi: “Serj Sarkisyana qarşı 1998-2010-cu illərdə Rusiyada yaşayan iş adamı Mixail Bağdasarovdan Ermənistanda imtiyazlı şərtlərlə fəaliyyət göstərmək müqabilində əldə etdiyi gəlirin yarısını ona ötürməklə, külli miqdarda rüşvət tələb etməsi və alması faktı üzrə cinayət təqibi başlanılıb.

Cinayət təqibi köhnə Cinayət Məcəlləsinin 311-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndi (hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi) ilə, yəni külli miqdarda rüşvət alma maddəsi ilə aparılır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin