Zaxarova: “İrəvan Ermənistan dəmir yollarına qoyulan Rusiya investisiyalarını “unudub”

2024/07/1721812829.jpg
Oxunub: 347     15:25     18 Fevral 2026    
“Rusiya ardıcıl olaraq bütün kommunikasiyaların açılmasını müdafiə edib”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistan dəmir yolları 20 ildən artıqdır ki, “Cənubi Qafqaz Dəmir Yolları”nın idarəçiliyindədir və bu müddət ərzində Rusiya şirkəti sazişin bütün şərtlərini ardıcıl şəkildə yerinə yetirib:

“Ola bilsin ki, İrəvanda bunu unudublar. Rusiya infrastruktur və vaqon parkına böyük investisiyalar yatırır, çox sayda iş yeri təmin edir. Hesab edirəm ki, Ermənistanda bu məsələni səsləndirmək istəyənlər bunu nəzərə almalıdırlar. Rusiya operatoru elə bir qurumdur ki, ölkəni rəqabət üstünlüklərindən məhrum etmir, əksinə, onları yaradır”.

Zaxarova qeyd edib ki, Rusiya operatorları Ermənistanı rəqabət üstünlüklərindən məhrum etmir, əksinə, onları artırır. Rusiya tərəfinin Azərbaycan və Türkiyəyə çıxışı təmin edən qaz kəməri hissələrinin bərpası ilə bağlı mövqeyini isə daha əvvəl Baş nazirin müavini Aleksey Overçuk ifadə etmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Ermənistan  


Bizi "telegram"da izləyin