Afinada Ermənistan və Yunanıstan prezidentlərinin görüşü başlayıb

2026/02/1771411507.jpg
Oxunub: 358     14:42     18 Fevral 2026    
Yunanıstan prezidentinin iqamətgahında Ermənistan prezidenti Vahaqn Xaçaturyan və Yunanıstan prezidenti Konstantinos Tasulasın görüşü başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş Ermənistan prezidentinin rəsmi qarşılanma mərasimindən sonra baş tutub. İki ölkənin dövlət başçıları əvvəlcə təkbətək söhbət edəcək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək.

Qeyd edilir ki, prezidentlərin görüşünün gündəliyinə təhlükəsizlik, iqtisadiyyat, ticarət dövriyyəsi, texnologiya, elm və təhsil kimi müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər daxil edilib. Texnologiya sahəsində ikitərəfli əlaqələrə yeni təkan vermək məqsədilə qarşılıqlı anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yunanıstan  


Bizi "telegram"da izləyin