"YAŞAT" Fondu Naxçıvanda şəhid övladları üçün "Qış düşərgəsi" təşkil edib

2026/02/1445d-1771410429.jpg
Oxunub: 387     14:10     18 Fevral 2026    
Naxçıvanda "YAŞAT" Fondu tərəfindən şəhid övladları üçün "Qış düşərgəsi" təşkil edilib.

Ordu.az xəbər verir ki, layihə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə birgə tərəfdaşlıq çərçivəsində, həmçinin "Azərbaycan Hava Yolları" QSC-nin və Naxçıvan Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə baş tutub.

36 iştirakçını əhatə edən düşərgənin məqsədi uşaqlar üçün mövsümə uyğun olan qış idman oyunlarına maraq oyatmaq, yeni dostluqların qurulması üçün şərait yaratmaqdır.

Düşərgənin ilk günündə iştirakçılar Duzdağ Müalicə Mərkəzinə ekskursiya ediblər, AHİK tərəfindən görülən işlərə həsr olunmuş filmə baxıblar.

İştirakçılar həmçinin "Ağbulaq" İstirahət Mərkəzində xizək təlimlərində, kirşə sürüşlərində və digər oyunlarda əyləncəli vaxt keçiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YAŞAT   Şəhid-övladları  


Bizi "telegram"da izləyin