Erməni silah baronu keyfiyyətsiz silah almaq ittihamı haqqında: “Əlbəttə, razı deyiləm”

2022/02/timth-1643710158.jpg
Oxunub: 459     13:02     18 Fevral 2026    
“Mənim cavabım yoxdur, məhkəmə prosesi gedir”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində erməni silah tədarükçüsü David Qalstyan (“Patron Davo”) onun keyfiyyətsiz silah tədarükündə ittiham olunmasına dair müşahidəyə cavab verərkən deyib.

Keyfiyyətsiz və yararsız silah-sursat tədarük etməsi ilə bağlı irəli sürülən ittihamla razı olub-olmadığı barədə dəqiqləşdirici suala o, belə cavab verib: “Əlbəttə, razı deyiləm”.

“Patron Davo” gözləməyi və məhkəmə prosesi haqqında o başa çatdıqdan sonra məlumat əldə etməyi tövsiyə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qalstyan   Ermənistan  


Bizi "telegram"da izləyin